Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun yeni komandasının adına rəsmən aydınlıq gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı forvard bundan sonrakı karyerasını sabiq klubu “Mançester Yunayted”də davam etdirəcək. Müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edirdi. O, 2003-2009-cu illər aralığında məhz “Mançester Yunayted”də çıxış edib. Təcrübəli hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB