Mbappenin "Real Madrid" xəyalı gerçəkləşmək üzrədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Messinin "PSJ" ilə razılaşmasından sonra komandadan ayrılmaq istəyən fransız ulduz Mbappe Real Madrid ilə razılaşdı. Messidən sonra Cristiano Ronaldonun adı da "Mancester Siti" ilə gündəmdə idi, indi Mbappe La Liqaya transfer olunur. Nəhəng transferlər 2021-22 mövsümündən əvvəl davam edir. Messi və Sergio Ramosun "PSJ" ilə razılaşmasından sonra Lukakunun "Çelsi" və Grealişin "Mançester Siti" transferləri uzun müddət gündəmi zəbt etdi. Ronaldonun da "Yuventus" dan ayrılaraq "Mançester Siti" yə gedəcəyi barədə söhbətlər yayılıb. Daha bir bomba xəbər İspaniyadan gəldi. Bu dəfə "Real Madrid"in dəfələrlə israr etdiyi və təklif etdiyi transfer xəyalı Mbappe üçün razılıq əldə edildi. "PSG", Real Madridin 170 milyon avro + 10 milyon avroluq bonus təklifini qəbul etdi. Real Madrid sabah Mbappeni rəsmən elan edə bilər. "PSJ" prezidenti Nasser Al-Khelaifi, "Real Madrid"in Kylian Mbappe üçün təklifinin qəbul edildiyini açıqlayıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə