"Fənərbaxça"da hücumçu axtarışı davam edir

"Fənərbaxça" hücumçu transferində səhv etməmək üçün çox çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir çox namizədləri müəyyənləşdirən klub bu oyunçularla bağlı ətraflı araşdırma aparırlar. Bu adlardan biri Felipe Saysedodu. Ekvador Milli Komandasından Enner Valencia ilə dost olan hücumçu, bu mövsüm "Lazio" nun heyətində yer almayıb. "Cenova", 32 yaşlı hücumçu Saysedo ya illik 2,2 milyon avro maaş təklif edən ilk komanda oldu. Ancaq ulduz oyunçu bu təklifi rədd etdi. "Fənərbaxça" futbolçu ilə əlaqə saxlayaraq transfer şərtlərini soruşub. Rəhbərliyin "Lazio"dan həm də komanda yoldaşı Muriçdən təcrübəli hücumçu ilə bağlı müsbət arayışlar aldığı öyrənilib.

"Fənərbaxça"nın radarında olan başqa bir hücumçu Keita Baldedir. Seneqallı ulduzun ən böyük namizədi "Valensiya" idi. Ancaq İspaniya komandası, hücumçu transferində ilk hədəfi Markos Andrei 8 milyon avroya "Valladolid"dən transfer etməyi bacarıb. 26 yaşlı futbolçu ilə Premyer Liqa klubu "Uotford" da maraqlanır. Ancaq Fənərbaxça qədər ciddi deyil və hələ də təşəbbüs göstərməyib. "Fənərbaxça" başqa bir klub oyunçuya təklif verməmiş bu transferi tez bir zamanda tamamlaya bilər.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə