"İnter" daha bir oyunçu ilə yollarını ayırıb

İtaliyanın “İnter” klubu futbolçusu Andrea Pinamontini icarəyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu “Empoli” klubuna keçib. Pinamonti 2021/2022 mövsümünü icarə əsasında “Empoli”də keçirəcək. Pinamonti 2013-cü ildən “İnter”dədir. O, əsas komanda ilə 15 oyunda 1 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə