"Atletiko Madrid" hücumçu transferini bitirib

“Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi “Herta”dan Mateus Kunyanı transfer edib. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Atletiko” Braziliya yığmasının da üzvü olan futbolçu üçün Almaniya klubuna 30 milyon avro ödəyəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə