"Trabzonspor" müdafiə problemini həll etdi

“Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub İtaliyanın “Bolonya” klubundan Stefano Densvili icarəyə götürüb. 28 yaşlı müdafiəçi 2021/2022 mövsümünü “Trabzonspor”da keçirəcək. Densvil “Bolonya”dan əvvəl Niderlandın “Ayaks” və Belçikanın “Brügge” klublarında çıxış edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə