Eks"Fənərbaxça"lı Fransız klubunda

Fransa milli komandasının sabiq futbolçusu Adil Raminin yeni ünvanı məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi “Trua” klubuna keçib. Rami ilə bir illik müqavilə imzalanıb. Raminin son klubu Portuqaliya “Boavişta”sı olub. Daha əvvəl Fransada “Lill”, “Marsel”, İspaniyada “Valensiya”, “Sevilya”, İtaliyada “Milan”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Soçi” kimi klublarda top qovan Rami, Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə