“Arsenal” klubu futbolçusu Lukas Torreyranı icarəyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Fiorentina"da davam etdirəcək. İtaliya klubu onu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Keçən mövsüm "Atletiko Madrid" də icarədə oynayan Torreyra 2018-ci ildən "Arsenal"ın şərəfini qoruyur.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə