“Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Franserjio Barbosanı transfer edib. 30 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
“Bordo” bu transferə görə qarşı tərəfə 4.5 milyon avro ödəyib. Lakin müqavilədə nəzərdə tutulmuş bonuslarla bu məbləğ 7.5 milyon avroya qədər arta bilər. Franserjio Barbosa 2017-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 149 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB