“Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Super Liqa təmsilçisi “Fənərbaxça”dan Mame Tiamı transfer edib. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb. “Kayserispor” Tiam üçün İstanbul klubuna 1,5 milyon avro ödəyib. Tiam 2020-ci ilin avqustundan “Fənərbaxça”da idi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qolla yadda qalıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə