"Fənərbaxça"ya sürpriz hücumçu

"Fənərbaxça" hücumçu axtarışları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandadakı hücumçulardan Serdar Dursunun zədələnməsi və Mbana Samatanın təsirsiz performansı nəticəsində klub heyətini ulduz hücumçu ilə gücləndirmək istəyir. Bu çərçivədə uzun müddətdir çalışan rəhbərlik, venesuelalı hücumçu Salomon Rondon üçün hərəkətə keçib. "Fənərbaxça"da transfer pəncərəsinin bağlanmasına az müddət qala hücumçu transferidə azalır. Klubun gündəmində olan Alexander Sörloth, İspaniyanın "Real Soseydad" klubu ilə müqavilə imzaladıqdan sonra, Fənərbaxça yeni hücumçu axtarışına çıxıb. Fənərbaxça, son olaraq Çin komandası "Dalian Professional" oynayan və müqaviləsi dekabrın sonunda başa çatacaq Rondon üçün həm meneceri, həm də klubu ilə əlaqə saxlayıb. Danışıqların müsbət keçdiyi qeyd edilib. 31 yaşlı venesuelalı hücumçunun bazar dəyəri təxminən 5 milyon avrodur. Rusiyada "Zenit" və Premyer Liqada "West Bromwich" və "Newcastle United"də oynayan Rondon üçün 2019 -cu ildə Çin klubu 18,3 milyon avro ödəmişdi. Venesuela millisində 63 dəfə forma geyinən Rondon bu matçlarda 31 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə