“Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sarı-qırmızlı komanda Rumıniyanın "Styaua Buxarest" komandasının yarımmüdafiəçisi Olimpiu Morutanı transfer edib. 22 yaşlı futbolçu ilə tezliklə rəsmi müqavilə imzalanacaq. Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin formasını geyinən Morutan, daha əvvəl ölkəsində "Universitatya Kluj" və "Botoşani" klublarında da çıxış edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə