“Bursaspor” klubuna yeni baş məşqçi gəlib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1-ci liqa təmsilçisinin “sükan”ı Fatih Təkkəyə tapşırılıb.Təkkə ilə 1+1 illik razılıq əldə olunub. Fatih Təkkə “Trabzonspor” klubunun əfsanəvi futbolçularından olub. O, bu komanda ilə 230 oyunda 99 qol vurub. Rusiyada “Zenit”, “Rubin” kimi klublarda da çıxış edən keçmiş hücumçu Türkiyə yığmasında da 25 oyuna çıxıb və 9 qol vurmağı bacarıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB