İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Yakub Yanktonu transfer edib. 25 yaşlı çexiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “16” nömrəli formanı geyinəcək. Yankto 2019-cu ilin sentyabrından “Sampdoriya”da çıxış edirdi. O, Çexiya millisində 40 matçda 4 dəfə fərqlənib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə