"Qalatasaray"la müqaviləsi başa çatan Rayan Donkun yeni komandası bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Qalatasaray"dan ayrılan Ryan Donk, "Kasımpaşa" ilə anlaşıb. 2016 -cı ildə Kasımpaşadan 2,5 milyon avroya transfer olan Donk "Qalatasaray"da 155 oyunda 8 qol və 12 məhsuldar ötürmə edib.
Təcrübəli futbolçu sosial mediadakı açıqlaması ilə sarı-qırmızılılarla vidalaşıb. Donk bu sözləri yazıb: "2016 -cı ildə yaşamağa başladığım bu xəyalımın sonuna gəldim. Bu ayrılığı yaşamaq mənim üçün çox çətindir. Ömrüm boyu bu formanı geyinmək qüruru ilə yaşayacağam. Hər şeyi hər zaman gözəl xatırlayacağam. Dünyanın ən yaxşı azarkeşləri qarşısında oynadığım matç və göstərdiyiniz heyrətamiz dəstəyi umutmayacam".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB