Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən, azərbaycanlı, 2007-ci il təvəllüdlü Kərimov Vasif Knyaz oğlu birinci yer tutub.

Ukrayna Azərbaycanlıları Radasından (UAR) verilən məlumata görə, 46 kiloqramda rinqə çıxan V.Kərimov Avropa çempionatında çıxdığı döyüşlərdə İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edib.

Qeyd edək ki, Vasif Kərimov əslən azərbaycanlıdır. Xarkov şəhərində dünyaya gələn V.Kərimov buna qədər Xarkov vilayətinin, Ukraynanın çempionu olub. Kərimovlar ailəsi RAU-nun fəal üzvlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə