"İnter" daha bir oyunçu ilə yollarını ayırıb

Belçika millisinin sabiq yarımmüdafiəçisi Radja Nainqqolan “İnter”dən ayrılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Radja Nainqqolan 2018-ci ildən “İnter”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi 2019/20 və 2020/21 mövsümlərində “Kalyari”də icarədə oynayıb. Onun karyerasını bundan sonra da məhz sözügedən klubda davam etdirməsi gözlənilir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə