Harri Keynin transfer dəyəri bəlli oldu

Harri Keynin transfer məsələsinə aydınlıq gəlməkdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Keyn “Mançester Siti”yə keçmək niyyətindədir.

Amma “Siti” ilə “Tottenhem” qiymət məsələsində razılıq əldə edə bilmirdilər. Ən son məlumata görə, artıq “şəhərlilər” yeni təklif hazırlayıblar. “Siti” hücumçunun keçidi üçün 140 milyon avro ödəməyə hazırdır. Üstəlik, yeni təklifdə 25 milyon avro bonus da nəzərdə tutulub.

Böyük ehtimalla, “Tottenhem rəhbərliyi Keynin getmək istəyini nəzərə alaraq, bu təklifi qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə