“Bavariya” futbolçusuna yeni müqavilə təklif etdi

Almaniyanın “Bavariya” klubu futbolçusu Yozua Kimmixə yeni müqavilə təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2026-cı ilin yayına qədər artırmaq istəyir. “Bavariya” alman futbolçu ilə danışıqlara başlayıb. 2015-ci ilin yayından “Bavariya”da çıxış edən Kimmixin hazırkı müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə