"Gent" "Fənərbaxça"nın ulduzunu transfer edir

Belçikanın "Gent" komandası "Fənərbaxçanın ulduzu Mbana Samatta ilə yaxından maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2016-2020-ci illərdə futbolçu karyerasını davam etdirdiyi Belçikadan oyunçuya təklif var.

Tanzaniyalı hücumçu daha əvvəl bu ölkədə "Genk" də oynayırdı, lakin bu dəfə "Gent" oyunçu ilə müqavilə imzalamaq üçün hərəkətə keçib. "Fənərbaxça" oyunçu üçün 10 milyon avro istəyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə