"Barselona"dan gözlənilmədən ayrılan Lionel Messi karyerasını PSJ-də davam etdirməyə yaxındır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı hücumçu paytaxt təmsilçisi ilə razılaşıb. Məlumata görə, tərəflər 3 illik müqavilə imzalayacaqlar. Argentinalı oyunçu bu klubda illik 40 milyon avro qazanacaq. Keçidin bazar günü rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatıb və tərəflər sözləşməni yeniləməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə