İngiltərə millisinin keçmiş hücumçusu Hari Lineker Messinin “Barselona”dan ayrılmasını özünəməxsus şəkildə şərh edib.
SİA xarici mətbuta istinadən xəbər verir ki, o, klubun məşhur şüarını təhrif etməklə məsələyə münasibət bildirib.
“Klubun bəyanatı. Lənət şeytana, onlar özlərini necə bu vəziyyətə saldılar? Klub deyil, xaosdur”, - deyə Lineker özünün “Twitter” səhifəsində qeyd edib.
Futbol mütəxəssisi “Barsa”nın “Més que un club” (Klubdan daha artıq) şüarını bir qədər dəyişərək öz fikrini "Klub deyil, xoşdur" kimi ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə