Messi tərəfdarları aksiya keçirir

"Barselona" azarkeşləri Messi üçün "Kamp Nou"da toplaşıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Barselona" Lionel Messinin komandadan ayrıldığını elan etdikdən sonra bir qrup azarkeş "Kamp Nou"nun qarşısına toplaşıb. Ulduz oyunçu Messinin "Barselona" dan ayrılmasından sonra Kataloniya komandasının azarkeşləri şoka düşüb. Bir qrup azarkeş hələ də stadiondadır.

Çoxlarının "bütün zamanların ən yaxşı oyunçusu" saydığı və saysız-hesabsız rekord və titul sahibi olduğu iddia edilən Messinin gedişindən sonra azarkeşlər çox məyus olublar.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə