Milliyə qayıtmaq istəyən legioner futbolçumuz

"Çox şükür, hazırlığımız yaxşı gedir". Bu sözləri açıqlamasında Türkiydə legioner həyatı yaşayan Vüsal İsgəndərli deyib.

"Keçiörengücü" klubunun üzvü bu gün baş tutacaq yoldaşlıq görüşü ilə yeni mövsümə hazırlığı başa vuracaqlarını bildirib: "Yeni mövsümə hazırlığımız 3 mərhələdən ibarət oldu. Bu gün keçirəcəyimiz son yoxlama oyunu ilə toplanış başa çatacaq. Ağır, amma nəticə olaraq çox yaxşı toplanış keçdik. İnşallah, nəticəsini çempionat oyunlarında görərik".

İsgəndərli yeni mövsüm əsas hədəfinin milli komandaya qayıtmaq olduğunu deyib: "Məşqçilər tərəfdən çox böyük dəstək görürəm. Bu da məni məşqlərə daha çox motivasiya edir. Əlimdən gələni edib, burada yaxşı mövsüm keçirməyə çalışacam. Ən əsas da milli komandaya qayıtmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə