"Fənərbaxça" 19 yaşlı oyunçunu heyyətinə qatdı

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Çağatay Kurukalıpı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Fənərbaxça” “Kasımpaşa”ya futbolçunu yetişdirməsi məbləği kimi 50 min avro ödəyəcək.

Çağatay Türkiyənin U-19 yığmasının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə