Messinin gediş səbəbi bəlli oldu

Lionel Messinin “Barsa”nı tərk etməsi dünya mətbuatında geniş müzakirə olunur.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Leonun gedişinin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. “Mundo Deportivo” nəşri də öz versiyasını təqdim edir.

Bildirilir ki, Messi klub rəhbərliyinin transfer siyasətindən narazı qaldığı üçün komandanı tərk edib. İddia olunur ki, Leo “Atalanata”nın müdafiəçisi, həmyerlisi Kristian Romeronun alınmasında təkid edib.

“Barsa” futbolçuya görə 40 milyon avro təklif etsə də, “Atalanta” bundan imtina edib. Keçid baş tutmadıqdan sonra Leo ilə klub rəhbərliyi arasında mübahisə yaşanıb. Bundan sonra Messi getmək barədə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə