Türkiyəli idmançı dörddəbir finalda - TOKİO-2020

Osman Göçen kişilər arasında sərbəst 86 kq güləş yarışında dörddəbir finala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2020 Tokio Olimpiya Oyunlarının 12-ci günündə türkiyəli güləşçi Osman Göçen 1/4 finala yüksəlib. Osman Göçen "Makuhari Messe" arenasında keçirilən sərbəst güləş üzrə 86 kilo çəki dərəcəsində kişilər arasında keçirilən yarışda 16 turda yaponiyalı Sohsuke Takatani ilə qarşılaşıb. İlk hissədə rəqibindən 1-0 geri qalan türkiyəli idmançı, ikinci hissədəki hücumu ilə 2-2 bərabərə qalıb.Türkiyəli güləşçi iki xallıq oyun keçirdiyi və üstünlüyü əldə etdiyi üçün dörddəbir finala yüksəlib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə