“Barselona” öz yetirməsi olan Alexandro Balde ilə peşəkar müqavilə bağlayıb.

SIA.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı istedad ilə 2024-cü ilin iyununa qədər anlaşma əldə edilib.

Futbolçunu kimsə almaq istəsə 500 milyon avro ödəməlidir.

Balde “Barsa” akademiyasına 2011-ci ildə “Espanyol”dan gəlib. O, müdafiənin solunda çıxış edir. Amma yarımmüdafiə xəttində də effektlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə