Rasul Çunayev Tokio-2020 oyunları ilə bağlı SİA-ya - EKSKLUZİV AÇIQLAMA VERDİ

"Ümumiyyətlə, Covid-19 pandemiyası bütün sahələrdə öz mənfi təsirini göstərib və bu təsir idman sahəsindən də yan keçməyib". Bu sözləri SİA-ya ekskluziv açıqlamasında "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, Milli Güləşçi Rasul Çunayev deyib.

Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, idmançılarımız mütəmadi olaraq idmanla məşğul ola bilmirlər: "Pandemiyanın nə vaxt bitəcəyi məlum olmadığına görə artıq bu həyat tərzinə uyğunlaşmalı olduğumuzu nəzərə alarsaq, sağlamlıqla bağlı müəyyən qaydalar gözlənildiyi təqdirdə Tokio Olimpiyadasının keçirilməsi ilə bağlı heç bir problem görmürəm. Əksinə bizim üçün əhəmiyyətli hesab edirəm, çünki bu olimpiyadada biz qalib Azərbaycan xalqı kimi iştirak edəcəyik. Ümumiyyətlə, idman sahəsi ilə bağlı proqnoz vermək çətindir, çünki hər an nəticələr dəyişə bilər. Amma hər zaman inanıram ki, Milli komandamız yüksək nəticələr göstərəcək. Bütün idmançılarımıza uğurlar arzu edirəm".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə