Kriştiano Ronaldonun “Yuventus”u tərk edəcəyi ilə söz-söhbət mətbuatın gündəmindən düşmür. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, “Yuventus”un vitse-prezidenti Pavel Nedved bu məsələ ilə bağlı mətbuata danışıb.

O, jurnalist Fabritsio Romanoya belə deyib: “Ronaldonun ətrafından heç kim bizə deməyib ki, o gedir. Mən onu “Yuventus”da gözləyirəm. Ronaldonun istirahətdən iyulun 25-də qayıdacağı planlaşdırılıb”.

Ronaldonun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. O, “Yuventus”da 2018-ci ildən çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə