“Renn” “Nant”ı, “Sent-Etyen” “Bordo”nu, “Lans” “Loryan”ı məğlub yola salıb

Futbol üzrə Fransa çempionatında 32-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

“Renn” “Nant”ı, “Sent-Etyen” “Bordo”nu, “Lans” “Loryan”ı məğlub yola salıb. “Brest” – “Nim” və “Nitsa” – “Reyms” matçlarında qalib müəyyənləşməyib.

“Monako” autsayder “Dijon”nu qəbul edub. Lion “Olimpik”i isə “Anje”ni sınağa çəkib. Bu oyunların hər ikisində meydan sahibləri 3 cavabsız qola seviniblər.

Fransa Liqa 1

32-ci tur

11 aprel

Renn – Nant 1:0

Qol: Terye, 52.

Brest – Nim 1:1

Qol: Şardonne, 26 – Kone, 11.

Lans – Loryan 4:1

Qol: Kakuta, 16-pen. Jin, 39. Kalimuendo, 55. Banza, 88 – Moffi, 29.

Nitsa – Reyms 0:0

Sent-Etyen – Bordo 4:1

Qol: Xazri, 19-pen; 23; 71-pen. Yussuf, 81 – Huanq, 9-pen.

Monako – Dijon 3:0

Qol: Yovetiç, 49. Ben Yedder, 63; 89-pen.

Olimpik (Lion) – Anje 3:0

Qol: Depay, 21; 83. Paketa, 41.

9 aprel

Mets – Lill 0:2

Qol: B.Yılmaz, 60. Z.Çelik, 89.

10 aprel

Strasburq – PSJ 1:4

Qol: Sahi, 63 – Mbappe, 16. Sarabiya, 27. Kin, 45. Paredes, 79.

Monpelye – Olimpik (Marsel) 3:3

Qol: Delor, 1. Laborde, 47; 90+4 – Milik, 43. Qeye, 45+2. Perrin, 71.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...