Məşhur amerikalı MMA döyüşçüsü Neyt Dias Konor Makqreqorla Donald Cerron ("Kovboy") arasında keçirilən döyüşün ədalətli olmadığını bildirib. O, özünün şəxsi “twitter” hesabında bu barədə paylaşım edib. Döyüşçü hesab edir ki, qarşılaşmada tamaşaçılar aldadılıb.

“Bu ancaq zibildir - başdan-ayağa yalandır”.

Qeyd edək ki, bu gün Makqreqor “Kovboy” ləqəbli rəqibini 40 saniyə ərzində texniki nokautla məğlub edib. Bundan sonra sosial şəbəkədə döyüşün danışılmış olması ilə bağlı məlumat yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...