"Şəfa" Andrey Fernando Draqunun transferini reallaşdırıb

"Şəfa" Andrey Fernando Draqunun transferini reallaşdırıb

"Şəfa" növbəti transferini reallaşdırıb.

Bu barədə SİA-ya klubun mətbuat xidmətindən bildirilib.

Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq "Unirea" klubunda çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası ərzində isə "Vitorul", "Botoşani" və "Universitatea" kimi komandaların formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə