"Komanda ilə hələ yeni yığışmışıq. Futzal üzrə milli komandaya yeni oyunçular dəvət etmişəm. Geniş bir heyətlə təlim-məşq toplanışına başlamışıq. İlk növbədə onların oyunlarına baxmaq istəyirəm".
SİA xəbər verir ki, bu sözləri futzal üzrə Milli komandasının yeni baş məşqçisi Andrey Demçenko jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis həmçinin oyunçularının performansları barədə də söz açıb: "Mən bilirəm ki, burada prespektivli oyunçular var və biz çalışacıyıq ki, onların üzərində işləyək.
Biz yeni strukturda yeni komanda yaradırıq. Kifayət qədər gənc oyunçular cəlb etmişik. Gələcəkdə Avropa çempionatı və ya digər çempionatlarda yeni kollektivlə mübarizəyə qoşulaq".
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB