"Latsio" niderlandlı futbolçunun transferini açıqlayıb

İtaliyanın "Latsio" klubu niderlandlı futbolçu Kennet Teylorun transferini rəsmən açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Ayaks"dan transfer edilən 23 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına görə, keçid 16,85 milyon avro qarşılığında baş tutub. Yarımmüdafiəçi yeni komandasında "24" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Amsterdam klubunun yetirməsi olan K.Teylor cari mövsümdə keçirdiyi 19 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə komandanın heyətində 184 oyuna çıxıb, 36 qol vurub və 27 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə