"Neftçi" Polşadakı sonuncu yoxlama oyununu bu gün keçirəcək

Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə