İspaniya La Liqasının 38-ci turunun "Atletik Bilbao" və Kataloniya "Barselona"sının qarşılaşdığı oyun başa çatıb. Komandalar Bilbaodakı "San Mames" stadionunda çıxış ediblər.
SİA-nın məlumatına görə, oyunu Pablo Qonzales Fuertesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.
Oyunun ilk iki qolunu "Barselona"nın 36 yaşlı hücumçusu Robert Levandovski vurub.
14-cü dəqiqədə polşalı hesabı açıb və üç dəqiqə sonra dubla imza atıb.
Üçüncü qolu isə 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən yarımmüdafiəçi Dani Olmo vurub.
"Barselona" mövsümü 88 xalla birinci yerdə başa vurub. “Atletik” 70 xalla dördüncü yerdədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB