SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, belçikalı futbolçu Fransa klubundan getməyə hazırdır. "Lion"un onu 50 milyon avroya sata biləcəyi vurğulanır.
Qeyd edək ki, Fofana bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 19 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur
Bütün xəbərlər Facebook səhifəmizdə