Paralimpiyaçımız beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb - FOTO
Azərbaycan paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib. SİA xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə