Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib - FOTOLAR

Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli referiləri Rza Məcidov və Seymur Məmmədov gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ölkəmizi hakim kimi təmsil ediblər. SİA xəbər verir ki, Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Hər iki ədalət təmsilçisinə turnirin Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı da təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə