Görün Vinisius “Real”dan nə tələb edir

"Real”ın vingeri Vinisius Junior 2027-ci ildə başa çatacaq müqaviləsini uzatmaq üçün klubdan ciddi maaş artımı tələb edir. SİA xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin məlumatına görə, 24 yaşlı braziliyalı ildə 20 milyon avro qazanmaq istəyir – bu, Vinisiusun, eləcə də Kilian Mbappenin (15 milyon) indiki maaşından 33% çoxdur.

Qeyd olunur ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar bu yay bərpa olunacaq. Vinisius bu mövsüm bütün turnirlərdə 35 matçda 17 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə