Messinin övladlarından unikal rekord

Messinin övladlarından unikal rekord

Sosial şəbəkələrdə “İnter Mayami” nin və Argentina millisinin hücumçusu Lionel Messinin uşaqlarının qazandıqları uğurlar haqda danışılır. SİA xəbər verir ki, Messinin hər üç oğlu – Tiaqo, Çiro və Mateo öz yaş qruplarında “İnter Mayami” akademiyasının komandalarının heyətində çempion olublar. “Qələbə onların qanındadır”, – ESPN FC yazıb. Xoşbəxt uşaqlar ana və ataları ilə şəkil çəkdirdiblər. Bir futbol azarkeşi paylaşımın altında “Böyük futbolçuların evi” yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə