“Simral” döyüş klubunun qurucusu, Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyevanın şəxsi məşqçisi Simral Məmmədovun SİA-ya müsahibəsini təqdim edirik:
- İdmançınız Zümrüd Quliyeva “Octagon-69” çərçivəsində öz qələbəsini qazanıb. Onun bu qələbəsini necə şərh edərdiniz?
- Zümrüd bu yarışda qələbə qazanan ilk azərbaycanlı xanım idmançıdır. Bu günə qədər bir çox idmançı bizim ölkədən bu yarışa mübarizə aparmağa qatılsa da, nəticə əldə edə bilməyib. Lakin sevindirici haldır ki, Zümrüd bu uğursuzluğa son qoydu.
- Yarışa yollanmadan öncə bu uğura imza atacağınıza inanırdınızmı?
- Uzun müddətdir ki, biz bu yarışa hazırlaşırdıq. Ona görə də rəqibin döyüşlərini də neçə vaxtdır izləyirdik. Hər şeyi bir-bir analiz edirdik. Qazaxıstanlı idmançının boşluqlarını görürdük. Bunlar üzərində də çalışaraq zəif tərəfləri tutduq. 99 faiz qələbə qazanacağımıza inanırdıq.
- 18 yaşlı idmançı rəqibini boğucu fəndlə məğlub edib. Ona bu fəndi icra etməsi üçün əvvəlcədən siz tapşırıq vermişdiz ya necə?
- Bəli, biz döyüşün şərtlərini əvvəlcədən oxumuşduq. Biz çox yaxşı bilirdik ki, o rəqibinə bu fəndlə məğlub edəcək. Uzun zaman idi ki, biz sırf bu fənd üzərində işləyirdik. Yüz faiz inanırdıq ki, o rəqibin ayağına girərək qələbə qazanacaq. Hər şey planlı şəkildə getdi. Nəticədə də döyüş planını uğurla icra etdik.
- Yarışa hazırlaşarkən nə kimi məqamlarda çətinliyiniz oldu?
- Demək olar ki, heç bir çətinlik çəkmədik. Zümrüdün üzərində tək mənim yox məşqçimiz Eynulla Səmədovunda böyük zəhməti var. İkimizdə əl-ələ verib Zümrüdü yetişdirmişik. Onun qələbəsinin 50 faizi mənim uğurumdursa, qalanıda Eynulla müəllimindir.
- Bundan sonra qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Növbəti yarış bizi gözləyir. Fevral ayının 15-də Gürcüstanda olacaq. Bu rəqibdə çox güclü rəqibdir. Ona görə də bu yarışa da güclü şəkildə hazırlaşırıq. Məsuliyyətimiz böyükdür. Bu səbəbdən əlimizdən gələni edirik ki, bu görüşdən də qələbə qazanaq.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə