"Lans"ın və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov "Mançester Siti"yə keçməyə yaxındır. SİA xəbər verir ki, bu barədə jurnalist Floryan Plattenberq məlumat yayıb.
Onun sözlərinə görə, “şəhərlilər” 20 yaşlı futbolçu üçün artıq fransızlara 50 milyon avro təklif edib. Hazırda futbolçu tibbi müayinədən keçmək üçün klubdan müsbət cavab gözləyir.
Xusanov 2023-cü ildən "Lans"da çıxış edir. Fransa təmsilçisi onu Belarusun “Energetik BQU” klubundan cəmi 100 min avroya transfer etmişdi. Bu, onun indiki dəyərindən 500 dəfə azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə