Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb. SİA xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə