Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxacaq

Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə