"Fənərbağça"nın iki futbolçusu zədəsini sağaldıb

Türkiyənin "Fənərbağça" klubunun iki futbolçusu zədəsini sağaldıb. SİA xəbər verir ki, İrfan Can Kahveci və Cengiz Ünder sıraya dönüblər.

Onlar İstanbul təmsilçisinin bu gün baş tutan məşqinə qatılıblar.

Qeyd edək ki, Cengiz Ündər oktyabrın sonunda, İrfan Can Kahveci isə noyabrın əvvəlində zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə