Sentyabr-oktyabr aylarında idmançıları hansı yarışlar gözləyir? - SORĞU

Artıq yay mövsümü bitir. Digər dövlət işçiləri kimi idmançılar da yeni planlar üzrə işini davam etdirəcək. Bəs, sentyabr-oktyabr ayları üçün idmançılarımızı qarşıda hansı yarışlar gözləyir? SİA mövzu ilə bağlı bəzi idman federasiyaları arasında sorğu keçirib.

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov: “İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışların keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur. Bu barədə məlumatı Azərbaycanın Üzgüçülük növü üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov verib. Onun sözlərinə görə bu il 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərində Kür təlim-tədris mərkəzində təlim məşq toplanışında iştirak etməsi planlaşdırılır. Noyabr ayının 10-15 tarixlərində isə Bakıda, Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq ki, burada yarıışlarda Üzgüçülük üzrə milli komandaya növbəti seçim reallaşdırılacaq.

Beynəlxalq yarışlara gəlincə isə milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniyada, Qətərdə və Kanada da keçiriləcək Dunya kuboku mərhələrində öz güclərini sınayacaqlar. Bundan başqa üzgüçülərimizin dekabr ayında Ruminiyanın Buxarest şəhərində keçiriləcək üzgüçülük üzrə Avropa Çempionatında mübarizə aparacaq”.

Azərbaycan Güləş Federasiyasının baş məşqçisi Sərxan Musalı: “Bu ay ilin əsas yarışı olan dünya çempionatı keçiriləcək. Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək mundialda olimpiya çəkilərində ilk 5 yeri tutan güləşçilər Paris-2024-ə vəsiqə qazanacaq. Ona görə də bu yarış bütün ölkələr üçün çox böyük önəm kəsb edir. Bu da böyük rəqabət və ağır mübarizənin bizi gözlədiyindən xəbər verir.

Hal-hazırda sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında son hazırlıq prosesini keçir. Qadınlardan ibarət yığmamız isə Rumıniyada təlim-məşq toplanışındadır. Onlar da yaxın günlərdə vətənə qayıdıb. Son məşqləri Bakıda keçəcək. Dünya çempionatında əvvəlcə sərbəst, daha sonra qadın, ən sonda isə yunan-Roma güləşi üzrə yarış baş tutacaq.

Oktyabrda 23-dən 29-dək isə Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı təşkil ediləcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə