Millimiz Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək. SİA xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərindəki Pecara idman zalında keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunun baş hakimi danimarkalı Martin Koster olacaq. Ona Nikola Manzione (İtaliya) və Peter Nurse (İngiltərə) kömək göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə