Azərbaycanın sərbəst güləşçisi döyüşə çıxacaq

Azərbaycan millisinin sabiq sərbəst güləşçisi Əli İsayev “Bellator-290” turnirində döyüşə çıxacaq. SİA xəbər verir ki, onun rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq.

Görüşün dəqiq vaxtı açıqlanmasa da, artıq hər iki idmançının bununla bağlı razılığı alınıb.

31 yaşlı amerikalı döyüşçü bundan əvvəlki görüşlərinin hamısında qalib gəlib.

Qeyd edək ki, Əli İsayev 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə